Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Xəbərlər
  • 03 Fevral 2017
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xidmətləri elektronlaşdığından tələb olunan sənədlərin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanıb

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, digər dövlət orqanlarında mövcud olan informasiya ehtiyatlarından istifadə imkanlarının artırılması xidmət istifadəçilərindən tələb olunan sənədlərin azalması ilə nəticələnəcək. Elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənədlərin sayının azaldılmasının təmin edilməsi ilə bağlı artıq bir neçə normativ hüquqi akt layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub.

    Dövlət Xidmətlərinin Elektron Reyestrinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14 xidməti daxil edilib. Bu xidmətlərdən 12-si Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanına əsasən elektronlaşdırılıb və “Elektron hökumət” portalına inteqrasiya olunub. Bunlar uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi (patent), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi, standartlaşdırma sahəsində normativ sənədin qeydiyyatı və digər sahələri əhatə edir.

    Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-ci il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndi elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsini nəzərdə tutur.

     

     

  • 25 Yanvar 2017
    Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya va Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizasi Mərkəzi (AzPatent) təlim kursları təşkil edir

    Azərbaycan Respublikasının

    Standartlaşdırma, Metrologiya va Patent üzrə Dövlət Komitəsi 

    Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizasi Mərkəzi (AzPatent) 

    Azərbaycan Respublikası  Prezidentinin qeyri-neft sektorunun inkişafına dair verdiyi fərman və sərəncamları rəhbər tutaraq, ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi ilə təşviqinə yardım edilməsı, əmtəə nişanları və coğrafi göstəricilərə dair hüquqların ölkə daxilində, habelə xarici ölkələrdə beynəlxalq sistemlər vasitəsilə qorunması sahəsində biliklərin artırılması məqsədilə 

    “Əmtəə nişanları və coğrafi göstəricilər anlayışı, bu sahədə

    Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq sistemlə

    inteqrasiya”

     

    mövzusunda təlim kursları təşkil edir.

    Təlim kurslarında sahibkarlıq fəaliyyəti göstərən subyektləəmtəə nişanları və coğrafi göstəricilər sahəsində hüquqların Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə beynəlxalq normalar əsasında əldə edilməsi və qorunmasının qayda və şərtləri barədə ətraflı məlumatlar veriləcək. Kurslar mütəmadi təşkil olunur və ödənişli əsaslarlla həyata keçirilir. Təlim kurslarının yekununda iştirakçılara müvafiq sertifikat təqdim olunacaq.

    Kurslarda iştirak etmək istəyən şəxslər “AzPatent”in Təlim Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53. Xarici İşlər Nazirliyinin arxası) həftənin I-V günləri saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlər.

    Ətraflı məlumat almaq üçün Təlim Mərkəzinə müraciət etmək olar. (e-mail:  ali.ismayilov@azpatent.az; ofis: (012) 594 37 70/71, dax: 104; mob: 050/055 319 07 21)

     

     

  • 25 Yanvar 2017
    Azərbaycan Pespublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin E L A N I

    Azərbaycan Pespublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanındaKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin 

    E L A N I

    Müsabiqənin məqsədi

    Qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin (texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya və patent) rolunun ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq

    Müsabiqənin mövzusu

     

    "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" 

    Müsabiqədə iştirak

    Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

    Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

    1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.

    2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

    3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. 

    4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. 

    5.  Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir: 

    5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

    a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.

    b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).

    c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)

    5.2 Qəzetdə dərc olunmuş yazıda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

    Yazıların qəbulu qaydaları

     

    1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə

    2. Yazının Elektron variantı (Times New Roman (12)  şriftində - CD diskdə) - 1 nüsxə

    3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə

    4.  Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır  (9-11 min işarə),

     

    Tələb olunan sənədlər

     

    1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)

    2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)

    3.   Şəxsiyyət vəsiqəsinin surəti,

    4.   Şəxsi VÖEN-nin surəti,

    5.   Şəxsi bank rekvizitləri (Şəxsi VÖEN  əsasında açılmış bank hesabı. Hesabın aktiv olması bank tərəfindən təsdiqlənməlidir).

    Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.

    Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

    Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

    Yazıların qəbulu 26 yanvar 2017-ci il tarixdə başlayır, 14 aprel 2017-ci il tarixdə başa çatır. 

    Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

     

    Qiymətləndirmə meyarları:

     

    -  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

    -  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

    -  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

    -  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

    -  ictimai maraqların müdafiəsi.

     

    Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması 

    Müsabiqədə:

    I  yer üçün  bir;

    II yer üçün  iki;

    III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur. 

    I   yer - 1000  manat;

    II  yer - 800  manat;

    III  yer - 600 manat.

    Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcəkdir. 

    Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

     

    İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

     

    Yazının adı

     

    Müəllifin adı, soyadı, atasının adı

     

    Mətbuatda təxəllüsü (əgər varsa)

     

    İşlədiyi KİV

     

    Vəzifəsi

     

    Yazının dərc olunduğu mətbuat orqanı

     

    Ünvanı və poçt indeksi

     

    - iş telefonu

     

    - ev telefonu

     

    - mobil telefonu

     

    - elektron poçt ünvanı

     


     
    Şəxsin imzası      ________________                            Baş redaktorun imzası     ________________ 

     

    M.Y.                                   

                           

                            Sənədlərin təqdim olunma tarixi:   "____"__________ 2017-ci il

     

    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

    Əlaqə telefonları: (012)  537 19 45;  (012) 537 19 41;

    Elektron ünvan: info@kivdf.gov.azkivdf.info@gmail.com

    Sayt: www.kivdf.gov.az

     

  • 16 Yanvar 2017
    SMPDK tərəfindən 2016-cı ildə görülən işlərə dair hesabat

    Azərbaycan Respublikasının 
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 
    tərəfindən 2016-cı ildə görülən işlərə dair

    HESABAT

    Ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixrac potensialının yüksəldilməsi ilə bağlı Komitənin qarşısında olduqca ciddi vəzifələr durur. 2016-ci il ərzində Komitə qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrin həyata keçirilməsi, ölkə rəhbərliyinin tapşırıqlarının icrası, dövlət proqramlarının, Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası və hökümətlərarası müqavilələrdən irəli gələn və komitənin səlahiyyətlərinə aid olan öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq işlər aparmışdır.

    Qanunvericiliyin təkmilləşdirilməsi

    Hesabat ili ərzində Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində (bundan sonra – müvafiq sahə) normativ tənzimləməni həyata keçirmiş, müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işləri davam etdirmişdir.

    “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamının 1.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli 173s nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla “Malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin sertifikatlaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi hazırlanaraq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunmuşdur.

    Patent müvəkkilərinin attestasiya qaydalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunmuşdur.

    “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr 374 nömrəli Qərarının tələblərinin icrası məqsədilə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü il 21 fevral tarixli 004 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Komitə Kollegiyasının 7 aprel 2016-cı il tarixli Qərarı təsdiq edilmiş, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir.

    Beynəlxalq əməkdaşlığın davam etdirilməsi

    2016-cı il ərzində komitə ilə Almaniya Fiziki-Texniki İnstitutu (PTB) arasında qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində bir neçə layihə həyata keçirilmişdir. Mart ayında PTB-nin 2014-2017-ci illər üzrə “Cənubi Qafqaz ölkələrində Ərzaq Sınağı və Metrologiya Sahələrinin Gücləndirilməsi” layihəsi çərçivəsində Bakıda adıçəkilən təşkilatın rəsmiləri ilə keçirilən görüşdə layihənin gələcək icrası perspektivləri müzakirə edilmişdir. Layihə çərçivəsində bir neçə dəfə əcnəbi mütəxəssislərin ölkəmizə səfəri baş tutmuşdur. Mart və may aylarında PTB-nin daha bir mütəxəssisi komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasının mütəxəssislərinə təlim keçmişdir.

    3 mart 2016-cı il tarixində Komitənin təşkilatçılığı ilə 2016-2018-ci illəri əhatə edəcək “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının yeni Tvinninq layihəsinin açılış mərasimi keçirilmişdir. Avropa İttifaqı və Komitənin birgə icrasına başladıqları Tvinninq layihəsi  Çex Metrologiya İnstitutu və Almaniya Fiziki-Texniki İnstitutunun yaratdığı konsorsiumu ilə əməkdaşlıq çərçivəsində icra olunmaqdadır. 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi metrologiya sahəsində standartlara, normalara və proseslərə dair Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq, metrologiya sisteminin inkişafı vasitəsi ilə  Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.

    Bununla yanaşı 10 mart 2016-cı il tarixində Komitənin təşkilatçılığı ilə 2014-2016-cı illəri əhatə etmiş “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin yekun mərasimi keçirilmişdir. Tvinninq layihəsinin icrası ilə standartlaşdırma və texniki tənzimləmə sisteminin daha da təkmilləşdirilməsinə nail olunmuşdur. Tvinninq layihəsində keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və s. komponetlər öz əksini tapmışdır. Avropa İttifaqı və Komitənin birgə icra etdikləri Tvinninq layihəsi Böyük Britaniya, Fransa və Sloveniya ölkələrinin milli orqanlarının yaratdığı konsorsium ilə əməkdaşlıq çərçivəsində icra olunmuşdur.

    2016-cı ilin mart ayında Beynəlxalq Maliyyə Kooperasiyasının əməkdaşlarının Komitəyə səfəri olmuş və fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

    18-19 aprel tarixlərdə Amerika Birləşmiş Ştatlarının Patent və Əmtəə Nişanları İdarəsi ilə Komitə rəsmiləri arasında əmtəə nişanlarının ekspertizası üzrə təcrübə mübadiləsi ilə bağlı görüş və təlimlər keçirilmişdir. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan iştirak etmişdir. Təlimlər ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin hüquq işləri üzrə müşavirləri Nensi Omelko və Lia Lourin tərəfindən “Fərqlilik üzrə ekspertiza”, “Anlaşılmazlıq ehtimalı üzrə ekspertiza”, “Coğrafi markaların ekspertizası”, “Qeyri-ənənəvi markaların ekspertizası” və digər mövzulara həsr olunmuşdur.

    2016-cı ilin 16 aprel tarixində Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini Dazhu Yangın ölkəmizə səfəri çərçivəsində Komitə sədri Ramiz Həsənovla görüşü olmuşdur. AEBA-nın Baş direktorunun müavini Dazhu Yang Komitə ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə etmiş, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd etmişdir. Dazhu Yang Komitə yanında Dövlət Metrologiya Xidmətinin Dozimetrik Dövlət Etalonları laboratoriyasının fəaliyyəti ilə də tanış olmuşdur.

    2016-cı ilin 18 aprel tarixində Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə İşçi Qrupunun 4-cü iclası keçirilmişdir. İclasda daha öncəki iclaslarda qəbul edilmiş qərarların icrası barədə müzakirələr, Azad Ticarət Zonası üzvləri arasında ticarət maneələrinin həll edilməsi barədə Sazişin layihəsi, Dövlətlərarası Şuranın növbəti iclasının gündəliyinə əlavələr, növbəti 5-ci iclasın keçiriləcəyi vaxt və yeri barədə müzakirələr aparılmışdır. İclasda Dövlətlərarası Şuranın rəhbər şəxsləri, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyin, Moldova Respublikasının İqtisadiyyat Nazirliyinin, Belarus Standartlaşdırma Komitəsinin, Özbəkistanın “Uzstandart” Agentliyinin mütəxəssisləri iştirak etmişlər. Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Azad Ticarət Zonasında texniki maneələrin aradan qaldırılması üzrə İşçi Qrupun 4-cü iclasının Protokolu imzalanmışdır.

    Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura çərçivəsində Komitənin təşkilatçılığı ilə cari ilin 18-22 aprel tarixlərində Uyğunluğun qiymətləndirilməsi və Akkreditasiya üzrə Elmi-texniki Komissiyanın da 37-ci iclası, eyni zamanda Beynəlxalq Elektrotexniki Komissiyanın Elektrotexniki avadanlıqlar və komponentlər üzrə sertifikatlaşdırma və sınaqlar üçün uyğunluq sistemləri üzrə seminarı keçirilmişdir. Qeyd olunan tədbirlərdə MDB-ə üzv ölkələrdə ticarətdə texniki maneələrin aradan qaldırıması, milli texniki reqlamentlərin  tip strukturlarına dair, uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya orqanlarının qarşılıqlı tanınması üzrə Saziş, uyğunluğun qiymətləndirilməsi üzrə model qanun layihələri, eləcə də Dövlətlərarası Şuranın strukturunun  və iş mexanizminin təkmilləşdirilməsi, maliyyələşmənin prinsipləri, MDB-nin 2020-ci ilədək İnkişaf Strategiyasında Dövlətlərarası Şuranın rolu kimi məsələlər müzakirə olunmuşdur.

    2016-cı ilin 21 iyun tarixində Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) ilə Türk Patent İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.

    Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 49-cu iclası 2016-cı ilin 27-28 iyun tarixlərində Bakı şəhərində keçirilmişdir. İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, ticarətdə texniki maneələr barədə qarşılıqlı anlaşma saziş layihəsi, dövlətlərarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə müasir tələblərə cavab verən etalonların tətbiqi, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının qarşılıqlı tanınması və s. məsələlər üzrə müzakirələr aparılmışdır.

    Hesabat ilində Bakı şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Komitənin əməkdaşlığı çərçivəsində bir neçə regional və beynəlxalq seminarlar keçirilmişdir. Belə ki, 10-11 may tarixlərində “Azərbaycan Respublikasında innovasiya üçün texnologiyaya çıxış, texnologiya və innovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması”, 24 may tarixində “Sənaye nümunələrinin Beynəlxalq Qeydiyyatı üzrə Haaqa Sisteminin səmərəli istifadəsi”, 21-22 iyun tarixlərində “Universitet və Tədqiqat İnstitutlarında Əqli Mülkiyyət Siyasətləri”, 24-25 iyun tarixlərində “Sənaye Tərtibatlarının (konstruksiyalarının) Qeydiyyatı üçün Haaqa Sisteminin Səmərəli İstifadəsi” mövzularında seminarlar olmuşdur.

    2016-cı ilin 7 avqust tarixində Komitə ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında “Standartlaşdırma, metrolgiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu“ imzalanmışdır.

    2-6 oktyabr tarixlərində Bakıda Uyğunluğun Qiymətləndiriməsi üzrə Elmi-Texniki Komissiyanın 38-ci, Akkreditasiya üzrə Elmi-Texniki Komissiyanın 38-ci və akkreditasiya üzrə Regional Təşkilatın yaradılması üzrə İşçi Qrupun 5-ci iclasları baş tutmuşdur. İclasda uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində Azərbaycanın digər MDB ölkələri ilə qurulmuş həm ikitərəfli, həm də təşkilat çərçivəsində əməkdaşlıq əlaqələrindən razılıq, bu sahədə əldə olunan uğurlardan danışılmışdır.

    3-5 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələr Assambleyasının 56-cı sessiyası keçirilmişdir. Sessiyada Komitənin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirilmiş, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğu müzakirə edilmişdir. Eyni zamanda Assambleya zamanı bir sıra ölkələrin patent qurumlarının nümayəndələri ilə ikitərəfli əməkdaşlıq perspektivləri və təşkilat çərçivəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilmişdir.

    25-26 oktyabr tarixlərində Bakıda Komitə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının təşkilatçılığı ilə “Patent qanununda müasir istiqamətlər” (“Current Trends in Patent Law”) adlı 2 günlük regional seminar keçirilmişdir. Seminarda ÜƏMT-nin əməkdaşları M. Svantner və M. Alhabbal, Türk Patent İnstitutunun prezidenti Habib Aslan və aidiyyatı sahə üzrə ixtisaslaşmış digər beynəlxalq qurumların əməkdaşları iştirak etmişlər. Seminarda qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələri məsələləri müzakirə edilmiş və bu istiqamətdə seminar iştirakçıları ilə fikir mübadiləsi aparılmışdır.

    2016-cı ilin 13 dekabr tarixində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” Sazişi imzalanmışdır.

    Texniki tənzimləmə və standartlaşdırma sahəsi

    Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı”na uyğun olaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr üzrə Sazişi əsasında beynəlxalq və Avropa təcrübəsi nəzərə alınaraq  hazırlanmış “Texniki tənzimləmə haqqında” Qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış, aidiyyəti üzrə Hökumətə təqdim edilmişdir. Texniki tənzimləmə sisteminə keçidlə bağlı hazırlanmış “Standartlaşdırma haqqında” Qanunun yeni versiyasının layihəsi də aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur. 

    Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarında, Dövlət Proqramlarında, Nazirlər Kabinetinin müvafiq Qərar və Sərəncamlarında texniki tənzimləmə və standartlaşdırma sahəsinə aid olan tədbirlərin icrasının təmin olunması, ölkənin texniki normativ bazasının təkmilləşdirilməsi və müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə əlaqədar qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması, mebel, sənaye, metrologiya və neft-qaz sahələri üzrə texniki komitələr yeni standartların hazırlanması üzrə işləri davam etdirmişdirlər. İl ərzində 12 standart işlənib, dövlət qeydiyyatına alınmışdır. 

    Qida təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına uyğun olaraq ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Bu Komissiyada Səhiyyə Nazirliyinin, Kənd Təssərüfatı Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun və yeyinti məhsullarının istehsalı sahəsində ixtisaslaşmış özəl şirkətlərin nümayəndələri iştirak edirlər. 2016-cı il ərzində Kodeks Alimentarius Komissiyasının 2 iclası keçirilmişdir. Hesabat dövrü ərzində Kodeks Alimentarius standartları əsasında Komitə Kollegiyasının Qərarı ilə AZS 849-2016 “Bal” dövlət standartı təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

    Hesabat ilində “Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” və “Yol nəqliyyatının standartlaşdırılması” üzrə yeni Texniki Komitələr yaradılmışdır.

    “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.07.2015-ci il tarixli 576 nömrəli Fərmanının 3.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrası ilə əlaqədar, BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında 75 dövlət standartı təsdiq edilərək standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilmişdir.  BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında hazırlanmış və təsdiq olunmuş 7 dövlət standartı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

    Hesabat dövrü ərzində Komitə texniki tənzimləmə və standartlaşdırma sahələri üzrə Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС), Bölgələrarası Standartlaşdırma Bürosu (BASB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), Kodeks Alimentarius Komissiyası, İslam ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMİİC) kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmişdir.

    “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 8.51-ci bəndini rəhbər tutaraq Komitə tərəfindən “Azərbaycan Respublikasının “Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər  Planı””nın layihəsi hazırlanmışdır. Bu Planda yeni standartlarların işlənməsi ilə yanaşı texniki normativ sənədlər fonduna daxil olan milli standartların dövri yoxlamadan keçirilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının ““Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər  Planı”nın həyata keçirilməsi tədbirlərində müvafiq dövlət qurumlarının, standartlaşdırma üzrə Texniki Komitələrin, qabaqcıl elmi-tədqiqat təşkilatların və müəssisələrin iştirakı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının “Standartlaşdırma üzrə 2017-2019-cu illər üçün İşlər  Planı”nın əsas məqsədi məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin və rəqabətqabiliyətliliyinin yüksəldilməsi, istehlakçilarin maraqlarının təmin edilməsi, daxili bazarın saxta və keyfiyyətsiz məhsullardan qorunması və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş mövcud normativ bazanın inkişaf etdirilməsi və müasir texnologiyaların tətbiqinə nail olunmasından ibarətdir. 

    Metrologiya sahəsi

    Komitə 2016-cı il ərzində respublika ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi, aparılan ölçmələrin nəticələrinin izlənilməsi, tələb olunan dəqiqliyinin və etibarlılığının təmin edilməsi məqsədi ilə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, təkmilləşdirilməsi və inkişaf etdirilməsi, fiziki kəmiyyət vahidlərinin müvafiq dövlət kəmiyyət vahidi etalonlarından işçi etalonlara ötürülməsi üzrə işləri davam etdirmişdir.

    Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 629 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilmişdir. Nəticədə müvafiq  olaraq 572 ədəd  kalibrləmə sertifikatı və 57 ədəd yararsızlıq haqqında bildiriş verilmişdir.

    2016-cı il ərzində 135 ədəd ölçmə vasitəsinin tipi təsdiq edilərək Ölçmə Vasitələrinin Dövlət Reyestrinə daxil edilmişdir. 81 laboratoriyaya akkreditasiya və kalibirlənmə səlahiyyəti verilərkən, həmin laboratoriyaların istismar üçün yararlı ölçmə və sınaq vasitələri ilə metroloji təminatı qiymətləndirilmişdir. 2 laboratoriyada istismar edilən ölçmə vasitəsinin attestasiya olunmuş metodikalarla təminatı təşkil edilmişdir. 8 laboratoriyaya akkreditasiya və kalibirlənmə səlahiyyəti verilərkən, həmin laboratoriyalarda istifadə ediləcək yoxlama damğalarının eskizləri razılaşdırılmışdır. Lisenziyalı fəaliyyətlə məşğul olmaq üçün 327  sahibkara təsdiqedici  sənəd verilmişdir ki, bunlardan 175 ədədi tibb152-si ədədi əczaçılıq  fəaliyyəti üzrə olmuşdur.

    Metrologiya sahəsi üzrə beynəlxalq əməkdaşlıq inkişaf etdirimişdir. Çəkilər və Ölçülər üzrə Baş Konfransla (CGPM), Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (IAEA), Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatla (OIML), həmçinin “KOOMET” Regional Metrologiya Təşkilatı (Avro-Asiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) ilə əməkdaşlıq çərçivəsində bir neçə iclas, təlim, seminarlar keçirilmişdir.

    Mövcud milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonlar aşağıdakı tutuşdurmalarda iştirak etmişdir:

    -       Temperatur dövlət etalonları laboratoriyasının KООМЕТ  642/MD/14 “ - 40 °C ÷ 420 °C diapazonunda platin müqavimət termometrlərinin birbaşa tutuşdurulması metodu ilə kalibrlənməsi” mövzusu üzrə;

    -       Elektrik kəmiyyətləri dövlət etalonları laboratoriyası KООМЕТ  624/GE/A13 “100 Om və 100 kOm elektrik müqavimət ölçüsünün tutuşdurulması” mövzusu üzrə;

    -       Sıxlıq və özlülük dövlət etalonları laboratoriyası KOOMET-in 555/AZ/12/AZ/15 (COOMET.M.D-SI) nömrəli mövzusu üzrə (Pilot laboratoriya – “ВНИИМ” (Rusiya Federasiyası));

    -       Dozimetrik dövlət etalonları laboratoriyası “Radiasiya təhlükəsizliyi və radioloji diaqnostikada istifadə olunan rentgen şüalanma keyfiyyətinin havada yaratdığı kermanın milli standartlarla tutuşdurulması” (COOMET 641 nömrəli) mövzusu üzrə.

    Bundan başqa 2016-cı ilin noyabr ayında Tvinninq layihəsi çərçivəsində Komitə yanında Dövlət Metrologiya Xidməti və Çex Metrologiya İnstitutu ilə kütlə sahəsi üzrə (100 mg, 2 g, 20 g, 500 g, 5 kg çəki daşları) ikitərəfli tutuşdurmaya başlanılmışdır.

    Hesabat dövrü ərzində (noyabr ayında) ölçmələrin vəhdətinin təmin edilməsi və ölçmələrin nəticələrinin  izlənilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinə məxsus 4 ədəd dövlət temperatur etalonu (Etalon platin müqavimət termometrləri) Çexiya Respublikasının Praqa şəhərində yerləşən Çex Metrologiya İnstitutunda kalibrlənmişdir. Dozimetrik dövlət etalon laboratoriyasına məxsus 7 ədəd ionlaşdırıcı kamera və 1 ədəd elektrometr dövlət etalon növbəti kalibirlənmə üçün Avstriya Respublikasına göndərilmişdir.

    Avropa İttifaqının maliyyə dəstəyi ilə 2016-2017-ci illər ərzində Komitədə "Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi" adlı Tvinninq layihəsinin həyata keçirilməsinə başlanmışdır. Layihə Çex Metrologiya İnstitutu (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsium tərəfindən yerinə yetirilir. Bu layihənin əsas məqsədi Komitə yanında Dövlət Metrologiya Xidmətinin etalon kalibrləmə laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyəyə uyğunlaşdırılması, metrologiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycan respublikasında metrologiya infrastrukturun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu məqsədlə müvafiq təlimlərin təşkil edilməsi və həyata keçirilməsindən ibarətdir. Tvinninq layihəsi proqramına uyğun olaraq Çex Metrologiya İnstitutunun (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) 11 eksperti  2016-cı il ərzində mütəmadi  olaraq Komitə yanında Dövlət Metrologiya Xidmətinə səfər etmişlər. Ekspertlər səfər zamanı temperatur, kütlə, təzyiq, dozimetrik, elektrik, vaxt və tezlik, sıxlıq və özlülük dövlət etalonları laboratoriyalarına baxış keçirmiş, keyfiyyətin idarəolunması sistemi üzrə sənədlərə baxmış və təhlil işləri apararaq müvafiq sahələr üzrə hesabatlar və tövsiyələr vermişlər. Tvinninq layihəsi üzrə işlər 2017-ci ildə də davam etdiriləcəkdir.

    Hesabat ili ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) AZB/5001 Spektrometriya laboratoriyasının yaradılması layihəsinə uyğun olaraq AEBA tərəfindən göndərilən alfa spektrometr dəsti və radioaktiv mənbə laboratoriyanın əməkdaşları tərəfindən təhvil alınmışdır. Alfa spektrometr dəsti “Canberra” şirkətinin mütəxəssisi tərəfindən quraşdırılmış, laboratoriyanın işçiləri alfa spektrometrin idarəetmə sistemi ilə bağlı iki günlük təlim keçmişlər.

    Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi (patent) sahəsi

    Hesabat ilində sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində normativ tənzimləməni həyata keçirmək, həmin sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işlər aparılmışdır. Həmçinin ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafı göstəricilərin müvafiq dövlət reyestrləri aparılmış, qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmuş iddia sənədlərinin ekspertizası həyata keçirilmiş, müvafiq mühafizə sənədləri verilmiş, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Apellyasiya Şurasının fəaliyyəti təmin edilmişdir.

    2016-cı il ərzində Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPatent) patent ekspertizası ilə bağlı 190 iddia sənədi daxil olmuşdur. İddia sənədləri üzərində Azərbaycan Respublikasının “Patent haqqında” Qanununun 27-ci və 29-cu maddələrinə uyğun olaraq ekspertiza aparılmışdır. Qəbul edən idarə kimi hesabat ili ərzində ixtiralara aid beynəlxalq iddia sənədləri, onların formal ekspertizası və Beynəlxalq Büroya, Ümümdünya Əqli Mülkiyyət Təşkilatına, Beynəlxalq Axtarış Orqanına, Beynəlxalq İlkin Ekspertiza Orqanına, eləcə də Avrasiya Patent İdarəsinə təqdim edilməsilə bağlı işlər yerinə yetirilmişdir. Patent Kooperasiyası haqqında Müqavilə (PCT) çərçivəsində 7 beynəlxalq iddia sənədi daxil olmuş, iddia sənədi toplusu yoxlanılmış və 4iddia sənədi Beynəlxalq Büroya göndərilmişdir. Avrasiya Patent Konvensiyası çərçivəsində Avrasiya patenti almaq üçün 31 iddia sənədi qəbul olunmuşdur. Ötən ildən ekspertiza mərhələsində olan iddia sənədləri də daxil olmaqla 33 iddia sənədi toplusu Avrasiya Patent İdarəsinə göndərilmişdir.

    Bundan başqa il ərzində əmtəə nişanının ekspertizası məqsədilə 1593, coğrafi göstəricinin ekspertizası məqsədilə 6 iddia sənədi AzPatent-ə daxil olmuşdur.Əmtəə nişanlarına dair 1054 ilkin ekspertiza bildirişi, 1431 əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayış, 74 ekspertiza sorğusu, 1524 əmtəə nişanının qeydiyyata alınması haqqında qərar, 142 əmtəə nişanının qeydiyyata alınmasına qarşı imtina bildirişi, 73 əmtəə nişanının qeydiyyata alınmasına qarşı imtina qərarı, 6 coğrafi göstəricinin qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında arayış, 1 coğrafi göstəricinin qeydiyyata alınması haqqında qərar tərtib edərək iddiaçılara təqdim etmişdir.

    2016-cı ildə Madrid sazişi və Madrid sazişinə protokol üzrə 2511 bildiriş daxil olmuşdur. Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid sazişi və ona dair protokol üzrə kargüzarlıqda olan  5966  bildirişdən (2015-ci ildə daxil olmuş bildirişlərlə birgə) 4114-ü üzərində dövlət ekspertizası aparılmışdır. Onlardan  150  əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları qəbul olunmuşdur. Əmtəə nişanlarının qeydiyyatına dair 48 ədəd yekun qərar, əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair 4 ədəd yerli iddia sənədi hazırlanaraq, Ümumdünya  Əqli Mülkiyyət Təşkilatına göndərilmişdir.

    Hesabat dövrü ərzində Komitə tərəfindən sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 123 pa­tent ve­rilmişdir. On­­lardan 108-i milli, 15-i isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Faydalı modelə dair 10 patent qeydiyyata alınmışdır ki, onlardan da 8-i milli, 2-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Sənaye nümunələrinə dair 26 pa­tent ve­­ril­mişdir, on­­lardan 14-ü milli, 12-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur.

    İl ərzində dövlət re­­­yest­rin­də 1484 ədəd əm­təə ni­şanı qey­diyyata alınmışdır ki, on­­lardan 767-si milli, 717-si xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Çoğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 1 şəhadətnamə milli hüquqi şəxs adına qey­diyyata alınmışdır. Bundan başqa sənaye mülkiyyəti obyektləri üzrə 125 ədəd mü­­­­­qa­vi­lə qe­y­diy­yata alınmışdır. Onlardan 103 ədədi əmtəə nişanları, 1 ədədi ixtira üzrə hü­quq­­ların ve­­ril­mə­­sinə, 21 ədədi əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

    Patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 569, şəhadətnəmənin qüvvədə olma müddətinin uzadılması barədə 1114, dəyişiklər edilməsi haq­qın­da əmtəə nişanlarına dair 624, patentlərə dair 32 ədəd bildiriş qeydiyyata alınmışdır, 22 ədəd dublikat və 101 ədəd çıxarış verilmişdir.

    2016-cı il ərzində sənaye mülkiyyətinin mühafizəsi sahəsində yaranan mübahisələrə baxan Apellyasiya Şurasına 126 ədəd əm­­təə nişan­ının və 2 ədəd ixtiranın hüquqi mü­­­ha­fizəsi ilə bağlı eti­­raz verilmişdir. Etirazlara ba­xıl­­ma nəticəsin­də (2015-ci ildən qalan işlər də daxil olmaqla) 118 ədəd qə­rar qəbul olunmuşdur ki, onlardan 103-ü müsbət, 12-si rədd və  3-ü qismən təmin edilmişdir.

    Komitə ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə 7 mart 2016-cı il tarixində perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi elan etmişdirMüsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilmişdir. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən etmişdir. Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibitoru”, “4-Fenil-o-ftalodinitrilin alınma üsulu”, “Element kükürdün həll edilmə üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neftveriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün motor yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi”, “Погружной электродвигатель” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülmüşdür. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015 – 2020-ci illər üçün Dövlət Proqramı”nın 4.11-ci bəndinə uyğun olaraq, Komitənin tədbirlər planına daxil edilmişdir.

    Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya

    Hesabat dövrü ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən məhsulların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılan işlər əlaqələndirilmiş, onlara nəzarət edilmişdir. Həmçinin Milli Uyğunluğun Təsdiqi Sisteminin təkmilləşdirilməsi, tətbiqi təmin edilmiş, onun tələblərinə riayət edilməsinə nəzarət edilmişdir. Məhsulların (işlərin, xidmətlərin) və keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə aparılan işlər əlaqələndirilmiş, Milli Akkreditasiya Sisteminin təkmilləşdirilməsi, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası üzrə işlər aparılmışdır.

    2016-cı il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 101 uyğunluğun qiymətləndirilməsi orqanı akkreditasiya edilmişdir. Onlardan 72-si sınaq laboratoriyası, 4-ü oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqan, 16-sı kalibrləmə laboratoriyası, 5-i personalın sertifikatlaşdırılması üzrə orqan, 1-i keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı, 3-ü isə inspeksiya xidməti göstərən orqandır.

    Akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması məqsədi ilə Komitənin 01.09.2016-cı il tarixli 160120400072 nömrəli Əmri ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətində Apellyasiya Şurası təşkil edilmişdir.Digər bir Əmrlə Milli Akkreditasiya Sisteminin təkmilləşdirilməsi, akkreditasiya sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair təkliflərin hazırlanması, bu sahəni tənzimləyən normativ-hüquqi aktların hazırlanması ilə bağlı təkliflərin verilməsi, Milli Akkreditasiya Sisteminin təşkilati-funksional quruluşuna, respublikada akkreditasiya sahəsinə aid beynəlxalq və regional standartların tətbiqinə dair təklif və tövsiyələrin hazırlanması, həmçinin xarici dövlətlərin uyğunluğu qiymətləndirən qurumlarının akkreditasiya sahəsində qabaqcıl təcrübələrinin təhlil edilməsi və ölkədə tətbiq edilməsi imkanlarının araşdırılması, Milli Akkreditasiya Sisteminin inkişafına dair təkliflərin hazırlanması üçün Akkreditasiya üzrə Məsləhətçi Şura yaradılmışdır.

    Sənaye müəssisələrinə davamlı informasiya dəstəyinin göstərilməsi məqsədilə il ərzində Komitə yanında Dövlət Akkreditasiya Xidməti və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 9001-2015 standartının yeni versiyası və İSO/İEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarına olan ümumi tələblər”, İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri”nin  tətbiqi üzrə sertifikatlaşdırılmış təlimlər keçirilmişdir.

    İSO 9001-2015, İSO 14001-2015 və digər standartlarda edilmiş və gözlənilən dəyişikliklər barədə dövlət və qeyri-dövlət qurumlarının məlumatlandırılması məqsədilə 2016-cı ilin dekabrında Komitənin təşkilatçılığı ilə İSO 9001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 176/SC 2 Texniki Komitəsinin, OHSAS-ın layihə qrupunun, İSO 45001 standartının hazırlanmasına rəhbərlik edən İSO/PC 283 Texniki Komitəsinin layihə qrupunun, İSO 55001 standartının hazırlanmasına rəhbərlik edən İSO/TC 251 Texniki Komitəsinin katibi, Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri tərəfindən “İdarəetmə sistemlərinə aid olan yeni İSO standartları haqqında müəllifdən məlumatlar” mövzusunda master-klass keçirilmişdir.

    Ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədi ilə uyğunluğun qiymətləndirilməsinin nəticələrinin beynəlxalq səviyyədə tanınması üçün Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin fəaliyyətinin və onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının  beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Bu məqsədlə 2017-ci ildə icrası nəzərdə tutulmuş “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin həyata keçirilməsi üzrə müvafiq işlər görülmüş, bu layihə fişinin Komitə əməkdaşları tərəfindən təhlili aparılaraq təsdiq edilməsi üçün müvafiq orqana (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə) təqdim edilmişdir.

    Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin fəaliyyətinin AZS İSO/İEC 17011-2013 “Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması məqsədi ilə zəruri qayda, daxili prosedurlar və sənədlər hazırlanmış və təsdiq edilmişdir.

    Sağlam rəqabətin təmin edilməsi və ölkədə  sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün 2016-cı ilin noyabr ayında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə iki mərhələdən ibarət müsabiqə elan edilmişdır. Müsabiqədə iştirak üçün iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiq edilmiş olması və istehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB-yə üzv dövlətlərə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi) əsas şərt olmuşdur. Müsabiqənin birinci mərhələsi yekunlaşmış, yaradılmış xüsusi komissiya tərəfindən qaliblərin müəyyən edilməsi üçün qiymətləndirmə aparılmışdır. Birinci mərhələnin qalibləri müəyyən edilmişdir. Qaliblərin  ikinci mərhələdə iştirak etməsi üçün sənədlərinin MDB Dövlətlərarası Şuraya təqdim edilməsi üzrə işlər aparılır.

    2016-cı ildəKomitə yanında Dövlət Akkreditasiya Xidməti (AzDAX) tərəfindən “Keyfiyyət üzrə siyasət” və “Dövlət Akkreditasiya Xidmətinin 2016-2017-ci illər üçün keyfiyyət üzrə məqsədləri” təsdiq edilmişdir. Keyfiyyət üzrə siyasətin əsas məqsədi beynəlxalq tələblərə cavab verən akkreditasiya sistemi vasitəsilə ölkənin iqtisadi inkişafına və dünya bazarına çıxışına yardım etməkdir. Təsdiq olunmuş sənədə əsasən AzDAX fəaliyyətini İSO/İEC 17011 “Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” beynəlxalq standartının tələbləri əsasında həyata keçirməyi, sifarişçilər üçün akkreditasiya qaydalarının əlçatanlığını, mülkiyyət formasından və ya müraciət edilən akkreditasiya sahəsindən asılı olmayaraq uyğunluğun qiymətləndirilməsi orqanları üçün akkreditasiya qaydalarının eyniliyini təmin etməyi qarşısına məqsəd qoyub.

    AzDAX-ın akkreditasiyasının nəticələrinin beynəlxalq səviyyədə tanınması, Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə (İLAC) qarşılıqlı tanınma haqqında sazişlərə qoşulmaq və beynəlxalq səviyyədə tanınma, həmçinin qərəzsizliyin və tərəfsizliyin təmin edilməsi məqsədi ilə akkreditasiya prosesində iştirak edən bütün maraqlı tərəflərin iştirakını təmin etmək qurumun keyfiyyət üzrə siyasətinə daxil edilmişdir. Hazırda Dövlət Akkreditasiya Xidmətinin Avropa  Əməkdaşlıq Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində işlər aparılır.

    Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti

    “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununa əsasən 01.11.2015-ci il tarixdən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlama aparılmamışdır.

    İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların baxdıqları işlər barədə elektron informasiya ehtiyatının yaradılması, informasiya ehtiyatının “ASAN ödəniş” sisteminə qoşulması ilə bağlı qanunvericiliyin icrası istiqamətində Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən zəruri işlər görülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 45-47-ci maddələrinin tələblərini nəzərə alaraq inzibati xətalar haqqında işlər barədə informasiya ehtiyatının yaradılması ilə bağlı texniki tələblər müəyyən edilmiş, satınalma və maliyyə prosedurlarına uyğun olaraq icraçı firma müəyyən olunmuşdur. İcraçı firma tərəfindən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin inzibati xətalar haqqında işlər barədə elektron informasiya sisteminin proqram təminatı hazırlanmışdır. Proqram təminatının “ASAN ödəniş” sisteminə inteqrasiyası məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığa başlanılmış, hazırda zəruri texniki işlər davam etdirilir.

    Komitənin Apellyasiya Şurası

    Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi və  “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanında göstərilmiş tapşırıqların icrası məqsədilə 09 fevral 2016-cı ildə Komitənin Apellyasiya Şurası yaradılmışdır. Komitənin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komitənin və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

    2016-ci il ərzində Apellyasiya Şurasına 4 şikayət məktubu daxil olmuşdur. Apellyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin olunması məqsədilə Komitənin Apellyasiya Şurası “Elektron hökümət” portalında (e-gov.az) yaradılan “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının müraciətlərinin elektron qəbulu sistemi”nə qoşulmuşdur. Komitənin rəsmi internet səhifəsində (www.azstand.gov.az) Apellyasiya Şurasına şikayət verilməsi üçün xüsusi bölmə yaradılmışdır.

    Elektron xidmətlərin təkmilləşdirilməsi

    “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahı”sına yenidən baxılmış, təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 04 dekabr tarixli 374 nömrəli Qərarı ilə Komitənin elektron xidmətlərinin siyahısında dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş komitənin elektron xidmətlərinin sayı 12-yə çatdırılmış, xidmətlər “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur.

    Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 11 sentyabr 2014-cü il tarxili Fərmanına uyğun olaraq Komitə tərəfindən Dövlət Xidmətlərinin Elektron Reyestrinə 14 xidmət daxil edilmişdir və rüblük olaraq statistik məlumatlar Dövlət Xidmətləri Portalında yerləşdirilmişdir.

     

  • 06 Oktyabr 2016
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv ölkələr Assambleyasının 56-cı sessiyasında iştirak edib

    3-5 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələr Assambleyasının 56-ci sessiyası keçirilib. Sessiyada Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

    Assambleyanın sessiyasında çıxış edən komitə sədri əqli mülkiyyət hüquqlarının qorunması üzrə ÜƏMT-nin fəaliyyətinin ölkəmiz üçün maraq kəsb edən istiqamətlərini qeyd edib. Ölkə rəhbərliyinin insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafını pioritet müəyyən etdiyini vurğulayan R.Həsənov ölkəmizdə yüksək texnologiyalar və innovasiyalara dəstək olacaq müasir patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyət istiqamətlərinə də diqqət yetirib.

    Səfər çərçivəsində təşkilatın baş katibi Frensis Qarri ilə sədr Ramiz Həsənovun görüşü olub. Milli patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub. F.Qarri Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı imzalanmış Anlaşma memorandumunun icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb. R.Həsənov söhbət zamanı təşkilatın Bakıda xarici ofisinin təsis olunmasında marağımızı bir daha vurğulayıb. Məsələ ilə əlaqədar baş direktor F.Qarri üzv ölkələrin regional qrupları arasında konsensusdan asılı olaraq xarici ofislərin təsis olunacaq bölgələr arasında ardıcıllığının müəyyənləşəcəyini qeyd edib.

    Sonra ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirilib, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğu müzakirə edilib. Eyni zamanda Assambleya zamanı bir sıra ölkələrin patent qurumlarının nümayəndələri ilə ikitərəfli əməkdaşlıq perspektivləri və təşkilat çərçivəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

     

     

  • 21 Sentyabr 2016
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrabla görüş olub

    21 sentyabr 2016-cı il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrabla görüşü olub. Komitə sədri  Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Ramiz Həsənov bildirib ki, ölkələr arasında hər sahədə uğurlu əməkdaşlıq əlaqələri olduğu kimi, keyfiyyət infrastrukturu sahələrinin inkişafında da Avropa, xüsusilə Almaniya təcrübəsindən istifadə olunur.

    Komitə sədri xatırladıb ki, Azərbaycan hələ 2008-ci ildən keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın tətbiqinə start vermişdir. Belə ki, Almaniyanın da fəal iştirak etdiyi “Tvinninq” layihəsinin icrası nəticəsində ölkəmizdə 3 adda dövlət etalonu laboratoriyası qurulub. Bu işdə Almaniya Metrologiya İnstitutu (PTB) ilə əməkdaşlığı xüsusilə vurğulayan sədr hazırda icrasına başlanan Avropa Birliyinin yeni “Tvinninq” layihəsində də PTB-nin iştirak etdiyini, qurumun ölkəmizin dövlət etalonlarının beynəlxalq səviyyədə tanınmasına dəstək verdiyini qeyd edib. Bundan başqa, Almaniyanın Akkreditasiya Qurumu (DakkS) ilə qarşılıqlı əməkdaşlığın Azərbaycan sənayesi üçün faydalı olduğunu deyən Ramiz Həsənov əlavə edib ki, komitənin sınaq laboratoriyasının DakkS  tərəfindən akkreditasiya olunması ilə yerli məhsulların Avropa bazarlarına çıxışı imkanları genişlənib. Hazırda ölkəmizin texniki tənzimləmə, standartlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində Almaniya Standartlaşdırma İnstitutu (DİN) və patent sahəsi üzrə milli orqanla daha sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edən komitə sədri Azərbaycana göstərdikləri diqqətə görə səfirə minnətdarlıq edib.

    Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab da öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, Azərbaycanda sənayenin inkişafı, qeyri-neft sektorunun sənayedə payının artırılması istiqamətində atılan dövlət tədbirlərini yüksək qiymətləndirib. Azərbaycanda keyfiyyət infrastrukturu sahələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent sahələrinə verilən diqqətin iqtisadiyyatın şaxələndirilməsində, yerli sənayenin inkişafındakı əhəmiyyətini xüsusi vurğulayıb.

     

     

  • 02 Sentyabr 2016
    Satışda olan mənşəyi məlum olmayan məktəbli formalarının laborator sınaq nəticələri məlum olub

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət araşdırılıb. Müəyyən olunub ki, “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən  ticarət mərkəzində, 8-ci km. qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim satış məntəqələrində mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz məktəbli geyimləri satılır.

    “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub. Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində  kimyəvi liflərin (sintetikanın) miqdarının 67%-dən çox olmaması nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə  kimyəvi liflərin (sintetikanın) miqdarı müvafiq olaraq 98,9%  və 93,7% olub.

    Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub.

    Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.

    Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan  Respublikasında qüvvədə olan dövlətlərarası standart  (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir.

     

     

     

  • 22 İyul 2016
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir

    22 iyul 2016-cı il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində milli mətbuatın yaranmasının 141 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Komitə sədri Ramiz Həsənov demokratik inkişafın başlıca amillərindən sayılan azad mətbuatın formalaşmasının, inkişafının Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsi olduğunu deyib. O bildirib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülmüş və görülməkdədir: “Azad medianın yaranması və inkişafı ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, vətəndaşların qanuni yolla informasiya toplamaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ dövlət təminatına əsaslandı. Hazırda Möhtərəm Prezident İlham Əliyevin fikir plüralizminə, söz və mətbuat azadlığına, onun davamlı inkişafına göstərdiyi xüsusi diqqəti hər birimiz görürük. Dövlət başçısının mediaya diqqət və qayğısının nəticəsidir ki, indi ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet portalları fəaliyyət göstərir. Cənab İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb. Prezidentin Sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardım göstərilib, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan dondurulmuş borcu dövlət büdcəsi hesabına ödənilib. Ölkə  başçısının təşəbbüsü ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq təsdiq edilib, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Həmçinin media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yaşayış evləri tikilmişdir. Ölkə başçısı bu gün də medianın inkişafına, bu sahədə çalışanların sosial və digər zəminli problemlərinin tez və səmərəli həllinə xüsusi diqqət göstərir, buna böyük həssaslıqla yanaşır. Təbii ki, dövlət qurumları ilə medianın sıx əməkdaşlığı vacib əhəmiyyət daşıyan məsələdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini uğurla, operativ və peşəkarlıqla işıqlandıran jurnalistlərə təşəkkürümüzü bildiririk”.

    Sonda bir qrup media işçisinə Komitə sədri Ramiz Həsənov tərəfindən təltif edilmiş Fəxri Fərmanlar verilib.

  • 28 İyun 2016
    Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb

    27 iyun 2016-cı il tarixində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb. İclasdan öncə iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib.

    İclasda çıxış edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri  Ramiz Həsənov ölkəmizdə beynəlxalq və regional tədbirlərin keçirilməsinin artıq ənənə xarakteri aldığını bildirib. MDB ölkələrinin standartlaşdırma üzrə milli qurumlarının rəhbər şəxslərinin təmsil olunduğu iclasda komitə sədri qeyd edib ki, son illər Azərbaycanda ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində keyfiyyət infrastrukturunun tərkib hissələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində əsaslı nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracqabiliyyətli məhsulların istehsal həcminin artırılması məqsədilə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı ardıcıl islahatlar aparılmaqdadır. Ramiz Həsənovun sözlərinə görə, ötən il texniki tənzimləmə və standartlaşdırma sisteminin müasir  hüquqi bazasının yaradılması çərçivəsində “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Qanun layihələri beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilib və Hökumətə təqdim edilib. Komitə sədri Azərbaycanın iqtisadi inkişaf dayanıqlığına və ölkənin dünya bazarlarına çıxışına köməklik etmək məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsinin uğurla bitdiyini, hazırda isə “Metrologiya sisteminin müasirləşdirilməsi və inkişafına dəstək” adlı yeni layihənin icra olunduğunu qeyd edib. Ötən il Azərbaycanda “Neft texnologiyası – qaz hasilatı və neft emalı məhsulları” və “Alternativ və bərpa olunan enerji və enerjieffektivlik” sahələrinin standartlaşdırılması üzrə Texniki Komitələr (TK) yaradılıb, hazırda “Nəqliyyat üzrə” yeni TK-nın yaradılması üzərində işlər aparılır. Hazırda milli standartlar fondunda 917 standart mövcuddur ki, bunlardan 40 faizi beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb.

    Ramiz Həsənov Azərbaycanın etalon bazasının daha da genişləndirilməsi və müasir tələblərə cavab verilməsi məqsədi ilə tikilmiş yeni laboratoriya binasının istifadəyə verildiyini, 20-dən çox yeni etalon laboratoriyasının qurulması istiqamətində işlərin sürətləndirildiyini qeyd edib. Həmçinin o bildirib ki, ölkəmiz ötən ildən etibarən Ölçülər və Çəkilər üzrə Baş Konfransa və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzv olub. Bununla da Azərbaycanda aparılan ölçmələrin dünyada tanınması istiqamətində ilk mərhələ icra olunub.

    Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkili məqsədilə komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Beynəlxalq Akkreditasiya Forumu və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına tam hüquqlu üzvlüyü ilə bağlı işlərin sürətləndirildiyi bildirilib.

     İclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi, Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun direktoru Nikolay Soneç, Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəhbəri Aleksey Abramov, Belarus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Ukrayna Respublikası Milli Akkreditasiya Agentliyinin sədri Viktor Qoritskiy, Qırğızıstan Respublikasının Akkreditasiya Mərkəzinin direktoru Janıbek Çapayev, Qazaxıstan Respublikasının Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Birjan Koneşev, Moldova Respublikasının Milli Akkreditasiya Mərkəzinin direktoru Eujeniya Spoyale, Polşa Respublikasının Standartlaşdırma Komitəsinin vitse-prezidenti Jolanta Kochanska və digərləri çıxış edərək bir daha Azərbaycanda olmaqdan məmnunluq ifadə ediblər. Onlar son dövrlərdə ölkəmizin uğurları, keyfiyyət infrastrukturu sahələri üzrə əldə olunan nailiyyətlərdən yaxından tanış olduqlarını qeyd ediblər.

    Sonra iclas gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam etdirilib.  Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, ticarətdə texniki maneələr barədə qarşılıqlı anlaşma saziş layihəsi, dövlətlərarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə müasir tələblərə cavab verən etalonların tətbiqi, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının qarşılıqlı tanınması və s. məsələlər üzrə müzakirələr aparılıb.

     

    Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxsləri tərəfindən iclasın Protokolu imzalanıb.

  • 05 May 2016
    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkil etdiyi “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

    Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası “İlin Patentləri” müəyyən olunub

    05 may 2016-cı il tarixində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

    Mərasimdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ixtiraçılıq sahəsində Respublika Müsabiqəsinin keçirilməsi təşəbbüsünün heç də təsadüfi yaranmadığını,  ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmağın və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq, intellektual və elmi potensial yaratmaq və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu vurğulayan komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə müxtəlif istiqamətlərdə aparılan islahatların əsasında müasirləşmə və elmi inkişaf dayanır. Sədrin sözlərinə görə, ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. O həmçinin qeyd edib ki, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Ramiz Həsənov yerli sənayenin və ticarətin daha sürətlə inkişaf etdirilməsi məqsədilə əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığını xüsusi vurğulayıb. Aparılan islahatlar iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətli inkişafına xidmət edir. Müasir elmin sənayedə tətbiqi, müxtəlif sənaye mülkiyyəti obyektlərinin, ixtiraların praktiki istifadə mexanizmləri, patentlərin istifadəsi hesabına ixtiraçıların sosial vəziyyətlərinin yaxşılaşdırılması, bu sahədə stimullaşdırma tədbirlərinin gücləndirilməsi ilə bağlı layihələrin vacibliyini bildirən Ramiz Həsənov, bunun həm də ixrac qabiliyyətli məhsulların çeşidinin artırılmasına, ölkəyə valyuta axınının yüksəlməsinə və ümumilikdə elm tutumlu sənaye məhsulları hesabına qeyri-neft sektorunun davamlı inkişafına zəmanət verəcəyinə əminliyini bildirib..

    Sonra qaliblərin mükafatlandırılması olub.

    Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilib. Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və s. aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib. Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibitoru”, “4-Fenil-o-ftalodinitrilin alınma üsulu”, “Element kükürdün həll edilmə üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neftveriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün motor yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi”, “Погружной электродвигатель” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülüb. Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.

    Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu yüksək qiymətləndirib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə ölkəmizdə qeyri-neft sektorunun inkişafında əqli mülkiyyətin rolunu və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kursun müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edəcəyini bildirib.

     

     

Müasir sənaye