Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 283) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.7-ci və 3.1.23-cü yarımbəndlərdə “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.
2. 3.1.11-ci yarımbənddə “əvəzsiz qaydada” sözləri “, onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə” sözləri ilə əvəz edilsin və həmin bənddən “, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsinin təsərrüfat subyektinə qaytarılmasını təmin edir” sözləri çıxarılsın.
3. 3.1.12-ci yarımbənd ləğv edilsin.
4. 3.1.16-cı yarımbənddə “nəzarətini həyata keçirən dövlət müfəttişinin qərarını və yazılı göstərişlərini” sözləri “nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2014-cü il.

Müasir sənaye