Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Yaddaş kitabı

AZƏRBAYCAN RESPUBLİKASININ STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ YANINDA TEXNİKİ TƏNZİMLƏMƏ VƏ STANDARTLAŞDIRMA ÜZRƏ DÖVLƏT NƏZARƏTİ XİDMƏTİNİN

YADDAŞ   KİTABI

Azərbaycan Respublikası haqqında ümumi və qanunvericiliklə bağlı məlumat.

Azərbaycan Respublikası  -  Xəzər dənizi hövzəsində yerləşir.

Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən ErmənistanTürkiyə, və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan Respublikasının ərazisi 86.6 min km2, əhalisi 9,300,000 nəfərdir.

 

Azərbaycan Respublikası:

-         yeddi müstəqil türk dövlətindən biridir.

-         158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.

-         1992-ci ildən BMT-nin üzvüdür.

-         10 oktyabr 1997-ci ildə yaradılmış GUAM təşkilatının təsisçilərindən biridir. 

-         13 yanvar 1993-cü ildən Kimyəvi silahdan istifadə qadağası təşkilatına üzvdür. 

-         1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 

-         1994-cü ilin may ayında atəşkəs elan olunmuşdur.

-         1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlanmışdır.

-         1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır.

-         1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur.

-         2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. 

-         9 may 2006-cı ildə BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib.

-         Azərbaycan həmçinin BMTATƏTAvropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür.

-         Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

-         BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilib.

-       8 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - Azerspace-1-in uğurla orbitə buraxılmışdır.

-         1998-ci ilin oktyabrın 11-də keçirilən seçkilərdə Heydər Əliyev seçicilərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

-         15 oktyabr 2003-cü ildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. 

-         15 oktyabr 2008-cü ildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 88 faizindən çoxunun səsini toplayaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 

Azərbaycan Respublikasının dövlət rəmzləri: Azərbaycan Respublikasının Dövlət BayrağıAzərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasirləşməni, inkişafı ifadə edir. Yaşıl rəng - islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Dövlət gerbindəki qalxan azərbaycanlıların, eyni zamanda Şərq dövləti olması ilə yanaşı, hər cür təcavüzə mətinliklə sinə gərən, əzəmətli, dözümlü mənalarını verir. Qalxanın üzərindəki üç rəng milli ideoloji düsturumuz olan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir. Səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov-Odlar yurdunu, palıd budaqları- milli hərbi dəyanətimizi və qüdrətimizi, sünbül - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan doğma münasibətini, günəşin ağ rəngdə olması isə xalqımızın və dövlətimizin sülhsevərliyini, sabitliyin tərəfdarı olduğunu göstərir. 

"Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun 1992-ci il mayın 27-də  qəbul edilmişdir. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının milli pul vahidi manatdır. 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb (1 AZN = 5000 AZM).

 

Respublika günü - 28 may 1918-ci il

1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. 1918-ci il mayın 28-də bütün islam şərqi aləmində ilk dəfə olaraq Respublika quruldu.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur - 4 iyun 1918-ci il.

 

Azərbaycanın Dövlət Müstəqilliyi günü - 18 Oktyabr 1991-ci il

30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb.

        

Azərbaycan Respublikasının Konstitusiya günü - 12 noyabr 1995-ci il.

Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.

 

Azərbaycan Milli Qurtuluş günü - 15 iyun

Vətənin ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər ƏliyevAzərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

 

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - 9 noyabr

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

 

Milli Dirçəliş günü - 17 noyabr.

Milli dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabrın 17-də Azadlıq meydanında Qarabağ məsələsində Respublika və İttifaq orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin vədəsiz mitinqi başlandı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

 

Dağlıq Qarabağ Muxtar Vilayəti

1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 26 noyabr 1991-ci ildə Azərbaycan Parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyət statusu ləğv edir və onun ərazisini qonşu XocavəndTərtər, GoranboyŞuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürür. Vilayətin tərkibinə Əsgəran (Xocalı) rayonuHadrut (Xocavənd) rayonuMardakert (Ağdərə) rayonuMartuni (Xocavənd) rayonuŞuşa rayonu və vilayət tabeli (mərkəzi) Stepanakert (Xankəndi) şəhəri daxil idi.

 

İşğal olunmuş ərazilər:

Xankəndi ----- 26 dekabr 1991-ci il

Xocalı --------- 26 fevral 1992-ci il

Şuşa -----------  8 may 1992-ci il 

Laçın  --------- 18 may 1992-ci il 

Xocavənd ----- 2 oktyabr 1992-ci il

Kəlbəcər  ----- 2 aprel 1993-cü il 

Ağdərə  ------- 7 iyul 1993-cü il 

Ağdam -------- 23 iyul 1993-cü il 

Cəbrayıl ------ 23 avqust 1993-cü il

Fizulu --------- 23 avqust 1993-cü il

Qubadlı ------- 31 avqust 1993-cü il 

Zəngilan ------ 29 oktyabr 1993-çü il 

 

                                            Azərbaycan Respublikasının bayram günlərinə aşağıdakılar aiddir

  • Yeni il bayramı (1 və 2 yanvar);
  • Qadınlar günü (8 mart);
  • Faşizm üzərində qələbə günü (9 may);
  • Respublika günü (28 may);
  • Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun);
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (26 iyun);
  • Dövlət müstəqiliyi günü (18 oktyabr);
  • Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (9 noyabr);
  • Konstitusiya günü (12 noyabr);
  • Milli Dirçəliş günü (17 noyabr);
  • Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr);
  • Novruz bayramı - 5 gün;
  • Qurban bayramı - 2 gün;
  • Ramazan bayramı - 2 gün.

 

 Komitə haqqında qısa məlumat

1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25 №-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqazda ilk dəfə olaraq, Bakı şəhərində ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.

1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşmüşdür. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görülməsi üçün yeni-yeni ideyalar yaranmışdır.

1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır.

1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəyə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırki Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil edilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılmışdır.

Bu sahələrin inkişafı və köklü irəliləyişlər isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır.

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur. Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Komitə yanında Dövlət Metrologiya Xidməti, Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.

 

Konstitusiya

1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.

 

Azərbaycan Respublikasında hakimiyyət 3 növə bölünür:

1) Qanunvericilik hakimiyyəti (Milli Məclisə məxsusdur)

2) İcra hakimiyyəti (Prezidentə məxsusdur)

3)Məhkəmə hakimiyyəti  (AR Məhkəmələrinə məxsusdur)

 

Dövlət qulluqçusunun əsas vəzifələri:

- qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;

 - rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

- dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;

- başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək                                       hərəkətlərə yol  verməməli;

- vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları                   qərəzsiz  həll etməli;

 

Dövlət qulluqçusunun əsas hüquqları:

- vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən  edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;

- dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı  surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;

- dövlət məvacibi almaq;

- əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət  maaşının məbləğinin artırılması iddiasında olmaq;

- elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə  məşğul olmaq;

 

Dövlət qulluqçularına aşağıdakı intizam tənbeh tədbirləri  tətbiq edilir?

-Töhmət

-Bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;

- Həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;

- Daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;

- İxtisas dərəcəsinin bir pillə aşağı salınması;

- Dövlət qulluğundan azad edilməsi

 

Dövlət qulluqçularının etik davranış qaydaları:

Vicdanlı davranış, peşəkarliq və fərdi məsuliyyətin artirilmasi, loyalliq, ictimai etimad, insanlarin hüquq, azadliq və qanuni maraqlarina, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət,  hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni davraniş, əmr, sərəncam və ya tapşiriqlarin yerinə yetirilməsi, qərəzsizlik, maddi və qeyri-maddi nemətlərin, imtiyazlarin və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, korrupsiyanin qarşısının alınmasi, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alinmasi, əmlakdan istifadə, məlumatlardan istifadə

Etik davranış qaydalarına görə  loyallıq:

Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

Vətəndaşların müraciətlərinə baxılması qaydası:

Yazılı müraciətlərin növləri:

Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət.

Ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

Şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət.

Vətəndaşların  müraciətə baxılması  müddəti:

Cavab: Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə,   qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək,  əlavə   öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində   baxılmalıdır.

 

Əsas anlayışlar

 

- texniki tənzimləmə - məhsula, onun istehsal proseslərinə və metodlarına, qablaşdırma, etiketləşdirmə, saxlanma, daşınma, istismar qaydalarına, işlərin görülməsi və xidmətlərin göstərilməsinə, uyğunluğun qiymətləndirilməsinə dair  məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi ilə bağlı fəaliyyət;

- texniki reqlament - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən, məhsullar, onlarla əlaqədar proseslər və ya istehsal metodları, iş və xidmətlərə dair icrası məcburi olan tələbləri müəyyən edən texniki normativ hüquqi akt. Texniki reqlament məhsullara, onlarla əlaqəli proseslərə və (və ya) istehsal metodlarına, həmçinin iş və xidmətlərə tətbiq edilən saxlanma, daşınma, terminologiya, simvol, qablaşdırma və etiketləşdirməni də əhatə edə bilər;

- məhsulların ( istehsal prosesləri və metodlarının) iş və ya xidmətlərin təhlükəsizliyi - məhsul, iş və xidmətlər, onların istehsalı, istismarı, qablaşdırılması, saxlanması, daşınması, realizə edilməsi və məhvedilməsi ilə əlaqədar tələblərə riayət olunması və  insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına ziyan vurulması riskinin olmaması; 

- məhsul - istehsal və ya emal prosesi nəticəsində alınan əşya və ya əşyanın bəhəri və ya balıq məhsulları və ya hər hansı kənd təsərrüfatı məhsulu;

- istehsalçı - əvəzli (satış) və ya əvəzsiz qaydada digər şəxslərə verilməsi və ya istehsalatda istifadə üçün şəxsi məqsədlərlə mal istehsal edən, iş və ya xidmət göstərən mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə, təşkilat və ya sahibkar;

- vəkalət alan - konkret tapşırıqlarla bağlı istehsalçının adından çıxış etmək səlahiyyəti qanunvericiliyə və tapşırıq müqaviləsinə uyğun olaraq təsdiq edilmiş fiziki və ya hüquqi şəxs;

- ticarət nümayəndəsi (agenti) - ticarət zəncirinin iştirakçısı olan məhsulu bazara yerləşdirən, digər şəxslərə əvəzli və ya əvəzsiz qaydada verən fiziki və ya hüquqi şəxs;

- təsərrüfat subyekti - istehsalçı, vəkalət alan, idxalçı və ticarət nümayəndəsi (agenti);

- standart - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, məhsul, iş, xidmətlərin, fəaliyyətlərin və ya onların nəticələrinə dair norma, qayda və xarakteristikaları müəyyən edən texniki normativ hüquqi  akt;

- istinad edilmiş standart - müvafiq icra hakimiyyəti orqanı tərəfindən texniki reqlamentlə müəyyən edilmiş və texniki reqlamentlərin tələblərin ödənilməsi məqsədi ilə təmin olunmuş standart;

- texniki şərtlər - məhsul, iş və ya xidmətlər  üçün texniki tələbləri müəyyənləşdirən müvafiq milli və ya Azərbaycan Respublikasında birbaşa tətbiq olunan beynəlxalq, regional və xarici dövlət standartları olmadıqda, habelə mövcud standartların tələblərini sərtləşdirmə, yaxud artırmaq zərurəti yarandıqda hazırlanan  normativ sənəd;

- istinad edilmiş texniki şərtlər - məhsulların, onlarla əlaqəli proseslərin və (və ya) istehsal metodlarının, həmçinin iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosesinə yardım məqsədi ilə texniki reqlamentdə müəyyən edilmiş texniki şərtlər;

- risk -  insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təsiri ehtimal olunan zərər;

- riskin qiymətləndirilməsi - təhlükənin müəyyən edilməsindən, təsirə məruz qalmanın qiymətləndirilməsindən və riskin xüsusiyyətlərinin dəqiqləşdirilməsindən ibarət elmi əsaslı proses;

- riskin idarə edilməsi - tənzimləyici tədbirlər daxil olmaqla, riskin qiymətləndirilməsinin nəticələrinə əsasən məhsulların, onlarla əlaqəli proseslərin və (və ya) istehsal metodlarının, həmçinin iş və xidmətlərin daşıdığı risklərin məqbul səviyyəyədək azaldılması üzrə mütənasib tədbirlərin qiymətləndirilməsi və seçilmiş müvafiq idarəetmə (nəzarət) tədbirlərinin icrası;

- riskin təhlili - riskin qiymətləndirilməsindən, riskin idarə edilməsindən və risk haqqında məlumatın ötürülməsindən ibarət əlaqəli proses;

- bazara yerləşdirmək - kommersiya fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası bazarının paylanma, istehlak və ya istifadə məqsədi ilə hər hansı məhsulla (onunla əlaqəli proseslərlə və istehsal metodları ilə) və ya xidmətlə təchizatı;

- istismara vermək - məhsulların, onlarla əlaqəli proseslərin və (və ya) istehsal metodlarının, həmçinin xidmətlərin Azərbaycan Respublikasının ərazisində məqsədinə və təyinatına uyğun istifadəyə verilməsi;

- uyğunluğun qiymətləndirilməsi - məhsulun (onunla əlaqəli proseslərin və istehsal metodlarının) iş və ya xidmətin texniki reqlamentlərdə və (və ya) istinad edilmiş standartlarda göstərilən tələblərə uyğunluğunun məcburi müəyyən edilməsi prosesi;

- uyğunluğun qiymətləndirilməsi prosedurları - texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan hər hansı prosedur;

- uyğunluğun bəyan edilməsi - istehsalçı (idxalçı və ticarət nümayəndəsi)  tərəfindən məhsulların (əlaqəli proseslərin və ya istehsal metodlarının) iş və xidmətlərin texniki reqlamentin tələblərinə uyğunluğunun sənədli təsdiq edilməsi  yolu ilə uyğunluğun qiymətləndirilməsi üsuludur.

- uyğunluq bəyannaməsi - istehsalçının (idxalçı və ya ticarət nümayəndəsinin)  özündə olan və ya üçüncü tərəfin iştirakı ilə əldə edilmiş sübutlar əsasında məhsulların (əlaqəli proseslərin və ya istehsal metodlarının) iş və xidmətlərin texniki reqlamentin tələblərinə uyğunluğunu bəyan etdiyi sənəd ;

- sertifikatlaşdırma - məhsulların (əlaqəli proseslərin və ya istehsal metodlarının) iş və xidmətlərin texniki reqlamentin tələblərinə uyğunluğunun akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi qurumu tərəfindən müəyyən edilməsi və uyğunluq sertifikatı verilməklə təsdiq edilməsi yolu ilə uyğunluğun qiymətləndirilməsi üsuludur.

- uyğunluq sertifikatı –məhsulların (əlaqəli proseslərin və ya istehsal metodlarının) iş və xidmətlərin texniki reqlamentin və standartların tələblərinə uyğunluğunu təsdiq edən sənəd ;

 

 

 

 

 

Müasir sənaye