Biz elə etməliyik ki, dünyada mövcud olan
standartlara maksimum dərəcədə yaxın olaq.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

“Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 iyul tarixli 268 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

  № 170               Bakı şəhəri, 6 may 2015-ci il

 

"Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 iyul tarixli 268 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1160-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 438 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 iyul tarixli 268 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1002) ilə təsdiq edilmiş "Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bənddə "konkret vaxtı" sözləri "müddəti, cədvəli və bu Qaydanın 2.8-ci bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı dövlət orqanı tərəfindən təsdiq edilir və" sözləri ilə əvəz edilsin.

 2.2.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Attestasiya olunan şəxsə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.".

 3. 3.3-cü bəndə "bir nüsxədə" sözlərindən əvvəl ", habelə attestasiya zamanı verilən suallar və cavablar" sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

 

Müasir sənaye